Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-10,
Seanews
Heyder Eliyev

“Maersk” Britaniyanın “JCB” şirkətinə inteqrasiya olunmuş logistika xidmətləri göstərəcək

Danimarkanın nəqliyyat və logistika şirkəti “Maersk” Böyük Britaniyanın  böyük özəl şirkətlərindən biri olan “JCB” ilə logistika xidmətləri göstərmək üçün uzunmüddətli müqavilə bağlayıb.

“Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir ki, qlobal dispetçer mərkəzi Böyük Britaniyada, üç regional mərkəz isə ABŞ, Çin və Hindistanda açılacaq.

Dünyanın ən böyük tikinti və kənd təsərrüfatı avadanlığı və əlaqəli xidmətlərin istehsalçılarından biri olan “JCB” şirkəti təchizat zəncirini idarə etmək və kənar anbar operatoruna nəzarət etmək üçün “Maersk”-i aparıcı inteqrasiya olunmuş logistika təminatçısı kimi seçib. “Maersk” şirkəti də  “JCB”-nin tədarük zəncirinə nəzarət etmək üçün müxtəlif ölkələrdə nəzarət mərkəzləri yaradacaq.

“Maersk” həmçinin “JCB”-yə müxtəlif yerlərdə yüklərin yığılma və gömrük rəsmiləşdirilməsi xidmətləri göstərəcək və Böyük Britaniyada üçüncü tərəf anbar operatoru olan “Unipart Logistics”-i idarə edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır