Üç gəmi Yujnı, beş gəmi isə Çernomorsk limanından yola düşüb
Oktyabrın 6-da taxıl sazişinin icrası çərçivəsində Ukrayna limanlarını 8 gəmi tərk edib.
Ukraynanın infrastruktur nazirliyinin “Telegram” kanalının məlumatına görə, bu gəmilərin anbarlarında Asiya və Avropa ölkələri üçün ümumilikdə 137,8 min ton kənd təsərrüfatı məhsulu var.
“Hasan G”, “Ümit G” və “Mera” gəmiləri səfərə Yujnı limanından yola düşüb.
“Anastasia”, “Falcon S”, “Serenity Ibtihaj”, “Maqnoliya” və “Silver Lady” gəmiləri isə Çernomorsk limanından yola salınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır