Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

Bu gün Ukrayna limanlarından ərzaqla beş gəmi çıxacaq

İstanbuldakı Birgə Koordinasiya Mərkəzi ümumilikdə 85 min 110 ton ərzaq daşıyacaq beş gəminin Ukrayna limanlarından çıxmasına icazə verib.

Seanews.az”-ın məlumatına görə, 58 min 510 ton qarğıdalı ilə "Askanios" quru yük gəmisi Yujnı limanından Almaniyaya yola düşəcək.

“Oris Sofi” isə Yujnı limanından Türkiyənin Tekirdağına çatdırılması planlaşdırılan 5,9 min ton günəbaxan yağı ilə çıxacaq.

“Mohamad Y” və “Bellis” gəmiləri Odessadan İsrailə müvafiq olaraq 11 min ton buğda və 6 min ton soya aparacaq.

Türkiyənin Mersin limanına  3,7 min ton noxud çatdıracaq “Zelek Star” gəmisi Çornomorskdan yola düşəcək.

Bütün beş gəminin limanda  çıxışı cümə axşamına planlaşdırılır.

Çərşənbə günü Birgə Koordinasiya Mərkəzinin mütəxəssisləri doqquz gəmini yoxlayıblar, cümə axşamı isə altı gəmini yoxlamağı planlaşdırırlar. Avqustun 1-dən 24-dək Ukraynadan ərzaq ixracının ümumi həcmi 769 986 ton təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır