BU ilin yanvar-aprelində Liepaya limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb
2024-cü ilin yanvar-aprel aylarında Latviyanın Liepaya limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% azalaraq 2,54 milyon ton təşkil edib.
“Seanews.az”-in liman administrasiyasına istinadən verdiyi məlumata görə, taxıl aşırılmasında 4,4% artım qeydə alınıb və 1,19 milyon ton olub.
Limanın konteyner dövriyyəsi isə 55% artaraq 1,97 min TEU-ya çatıb.
Liepaya limanının xidmətindən 24,7 min sərnişin istifadə edib ki, bu da 13% artım deməkdir.
Hesabat dövründə limana 479 gəmi yan alıb və bu, proqnozlaşdırıldığından 4% azdır.
Qeyd edək ki, 2023-cü ildə limanda 7,2 milyon ton yük aşırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır