Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

Çin, Cənubi Koreya, Vyetnam istiqamətində konteyner xidmətləri şəbəkəsi genişləndirilir

“VSK” şirkəti Vostoçnı limanından Cənubi Koreya, Çin və Vyetnama xətt açıb. Xəttə buraxılan ilk gəmi 1032 TEU tutumlu “SITC Inchon” olub.

“Seanews.az”-ın məlumatına görə, yeni xidmət limanlarına Pusan (Cənubi Koreya), Tyansin Ksinqanq, Sindao, Lyanyunqan, Ninbo, Şanxay (Çin), Hayfon (Vyetnam), Şekou, Vençjou (Çin) daxildir.

Yüklərin daşınması ixrac və idxal istiqamətləri üzrə həyata keçirilir və təyinat limanının yerindən asılı olaraq gəmilərin səfəri bir gündən 21 günə qədər davam edir.

“SITC” xidməti VSK terminalı vasitəsilə Primorsk diyarındakı Vostoçnı limanını və Asiya-Sakit okean regionunun ən böyük limanlarını birləşdirən müntəzəm xətləri tamamlayır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır