Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

Sinqapur limanının yük dövriyyəsi aşağı düşüb

2022-ci ilin yanvar-iyul aylarında Sinqapur limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7% azalaraq 288,5 milyon tona enib.

“Seanews.az”-ın məlumatına görə,quru yüklərin aşırılmasının həcmi 11,5 milyon ton (-29%), neft məhsullarının aşırılmasının həcmi 109,2 milyon ton (-2,7%) təşkil edib.

Konteyner dövriyyəsi 0,5% azalaraq 21,7 milyon TEU-ya düşüb.

Sinqapur Cənub-Şərqi Asiyada bir adada yerləşən şəhər-dövlətdir. 2021-ci ildə Sinqapur limanının yük dövriyyəsi 599 milyon ton təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 1,41% çoxdur. Limanın konteyner dövriyyəsi ötən il 1,6% artaraq 37,5 milyon TEU olub.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır