Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

Süveyş kanalının idarə olunması üçün xüsusi fond yaradılıb

Misir 1975-ci il tarixli 30 saylı qanuna dəyişiklik edərək Süveyş kanalından əldə edilən gəlirləri idarə və istifadə etmək üçün xüsusi fond yaradıb.

“Seanews.az”-ın məlumatına görə, Süveyş Kanalının İdarə Edilməsi Fondunun fəaliyyəti davamlı iqtisadi inkişafın təşviqinə yönəldiləcək.

Asiya ilə Avropanı birləşdirən ən qısa və sürətli dəniz yolu olan Süveyş kanalından 2021-2022 maliyyə ili ərzində rekord miqdarda, əvvəlki ildən 20% çox olmaqla  yeddi milyard dollar gəlir əldə olunub.

Misir İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Adel Amer “Al-Monitor”-a deyib ki, hökumətin Süveyş Kanalı Fondunu təsdiq etməsi onun Misirin əsas milli gəlir mənbəyi olan kanalın gələcəyi ilə bağlı iqtisadi baxışına uyğundur.

O əlavə edib ki, kanal üçün müstəqil suveren fondun yaradılması bu gəmiçilik arteriyasının inkişafı üçün resurslardan optimal istifadəyə töhfə verəcək. Süveyş kanalının inkişafı təkcə naviqasiya aspektlərini deyil, həm də tranzit gəmilərə göstərilən tikinti, maliyyə, maddi-texniki və ya təmir kimi xidmətləri də əhatə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır