Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

Maqadan limanında qiymətli yük yararsız hala düşüb

Maqadan dəniz ticarət limanında yüklərin boşaldılması zamanı xoşagəlməz hadisə baş verib.

“Seanews.az” xəbər verir ki, Rusiyanın Maqadan vilayətinin ən böyük qızıl hasilatı şirkəti üçün nəzərdə tutulan bahalı yük bir neçə metr hündürlükdən düşüb.

İlkin məlumata görə, taxta qutuda dəyirman üçün reduktor olub. Almaniya istehsal olan belə reduktorun birinin qiyməti təxminən 1,7 milyon avro və ya 140 milyon rubldan çoxdur.

Düşən yük böyük ehtimalla sığortalanıb.

Hadisə nəticəsində heç kim xəsarət almayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır