Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük mal ixracatçısı və idxalçısının yüklərinin 90%-i dəniz yolu ilə çatdırılır

Alfred Vegener adına Qütb və Dəniz Elmi-Tədqiqatlar İnstitutunda qütb tədqiqatları üçün illik büdcə təxminən 100 milyon avrodur. Bu qurumun yüksək inkişaf etmiş maddi-texniki bazasına “Polarstern”  tədqiqat gəmisi və iki Arktik stansiyası - Şpisberqendə  fransızlarla, Samoylovski adasında isə ruslarla birgə müəssisə daxildir.

“Seanews.az”-ın məlumatına görə, hələ 2014-cü ilin əvvəlində, yəni 7 il əvvəl Almaniya Təbii Ehtiyatlar Agentliyi almaniyalı mütəxəssislərin Arktika bölgəsinin mineral ehtiyat potensialı ilə bağlı araşdırmasının nəticələrini dərc etmişdi. Agentlik birmənalı nəticəyə gəlib ki, bu ehtiyatlar Almaniyanın istehsal sənayesi üçün şübhəsiz maraq doğurur.

Nəzərə almaq lazımdır ki, Almaniya dünyanın ən böyük mal ixracatçısı və idxalçısıdır. Bunun 90%-i dəniz yolu ilə çatdırılır. Alman şirkətlərinin nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldan Arktik gəmiçilik infrastrukturuna yaxından baxmaqla Almaniya gələcəyə baxır. 

Almaniya təkcə Arktika Şurasının müşahidəçisi deyil (1998-ci ildən), həm də 9 fevral 1920-ci il tarixli Şpisberqen müqaviləsinin iştirakçısıdır. Beləliklə, Norveçlə yaxın hərbi əməkdaşlığa baxmayaraq (Almaniya inşa etdiyi dizel elektrikli sualtı qayıqlarını  norveçlilərə satır), Almaniyanın arxipelaq şelfində iqtisadi fəaliyyətlə bağlı mövqeyi Rusiyadan çox da fərqlənməyəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır