Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

rkmənbaşı şəhərində beynəlxalq nəqliyyat konfransı keçirilə

Noyabrın 28-də Türkmənbaşı şəhərində beynəlxalq nəqliyyat konfransı keçiriləcək. Türkmənistan Prezidenti xüsusi sərəncam imzalayaraq nəqliyyat-kommunikasiya kompleksinin sahəvi nazirlik və idarələrinə, habelə Xarici İşlər Nazirliyinə noyabrın 28-də “Avaza” Milli Turizm Zonasında beynəlxalq nəqliyyat konfransının yüksək təşkilati səviyyədə keçirilməsi barədə tapşırıq verib. Forumun işində dünyanın bir sıra ölkələrini təmsil edən mütəxəssislərin, o cümlədən nəqliyyat şirkətlərinin, sahəvi nazirlik və idarələrin, beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etməsi nəzərdə tutulur. Tədbirdə plenar iclaslar, habelə “Tranzit-nəqliyyat dəhlizlərinin fəaliyyətində dövlətlərarası əməkdaşlığın rolu”, “Tranzit-nəqliyyat dəhlizlərinin inkişafında logistik şirkətlərin əhəmiyyəti”, “İnfrastruktur və nəqliyyat imkanları”, “Multimodal daşımalar və onların dövriyyəsi” seksiyalarının işi planlaşdırılır. Konfrans çərçivəsində sərgi təşkil ediləcək. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır