Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Türkiyə şirkəti Konstansadan Çernomorska konteyner daşımağa başlayıb

Türkiyənin “Sea Pioneer Denizcilik” şirkəti Rumıniyanın Konstansa limanından Çernomorsk (keçmiş İliçevsk) limanına konteyner daşıma xidmətinə başlayıb.

“Seanews.az” xəbər verir ki, xidmətə fevralın 1-də icarəyə götürülmüş 373 TEU tutumlu və 40 soyuducu ilə təchiz edilmiş “T-Mare” ümumi yük gəmisi daxildir.

Gəminin sahibi Marşal adalarında qeydiyyatdan keçmiş “Majoris Trading” şirkətidir.

“T-Mare” aprelin 3-də Çernomorska ilk səfər edib və elə həmin gün Konstansaya geri qayıdıb.

Bu xidmətin Dunay çayında konteyner daşımalarını tamamlayacağı və Ukraynanın taxıl, metal və kimyəvi yüklər də daxil olmaqla idxal və ixrac imkanlarını genişləndirəcəyi gözlənilir. Bildirilir ki, ilk səfər zamanı “T-Mare”-nin göyərtəsindəki konteynerlərin hamısı istisnasız “Maersk”-in konteynerləri olub.

Tələbat olarsa, gələcəkdə ikinci gəminin də xəttə buraxılacağı planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır