Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

ACSC Logistics” MMC “TransRussia-2018” sərgisində iştirak

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  tərkibinə daxil olan “ACSC Logistics” MMC  Rusiyanın paytaxtı Moskvada baş tutan  23-cü Beynəlxalq yükdaşımaları, nəqliyyat və logistika – TransRusiya (TransRussia/TransLogistica 2018) sərgisinə qatılıb. 26 ölkədən 390-dan çox şirkətin iştirak etdiyi sərgidə “ACSC Logistics” MMC-nin stendinə xüsusi maraq göstərilib. Xidmətlər barədə maraqlı şəxslər məlumatlandırılıb, iştirakçılara xüsusi bukletlər paylanıb. Şirkətinin nümayəndələri sərgi çərçivəsində potensial müştərilərlə də bir sıra məhsuldar görüşlər keçiriblər. Xatırladaq ki, “ACSC Logistics” MMC həm ölkə daxilində, həm də xaricdə nəqliyyat və logistika xidmətləri göstərir. Şirkətin əsas məqsədi Avropa ilə Asiya arasındakı ən qısa marşrut kimi qədim İpək Yolu, xüsusilə Transxəzər Nəqliyyat Dəhlizinin tam istifadəsini təşviq etmək, bu istiqamətdə əlavə yük daşıma imkanlarını araşdırmaq və həyata keçirməkdən ibarətdir. Şirkət fəaliyyətini “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin qoyduğu ənənələr əsasında həyata keçirir. Belə ki, “ACSC Logistics” MMC şəffaf və aydın tarif siyasəti, innovativ iş üsullarından istifadə, əlavə xərcləri aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlərin görülməsi, yaranmış problemlərin həllində sürətlilik, müqavilələrə uyğun vəzifələrin peşəkar və vaxtında yerinə yetirilməsi kimi vacib prinsiplərlə işləyir. “ACSC Logistics” MMC-nin xidmət dairəsi genişdir. Şirkət müştərilərinə yüklərin daşınması üçün ən optimal marşrut seçimi, təhlükəli və iri həcmli yüklər və onların daşınma şərtləri barədə tövsiyələr verir, yüklərin Xəzər dənizi, Qara dəniz, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, MDB və Baltik ölkələrinin həm dəmir, həm də dəniz yolları ilə daşınmasını həyata keçirir. Bundan başqa, daşıma zamanı tələb olunan sənədləşmə və müşayiət xidmətlərinin, o cümlədən gömrük rəsmiləşdirilməsi, sığorta, gəmi agenti, nəqliyyat, ekspedisiya və digər xidmətlərin göstərilməsini də təşkil və təmin edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır