Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-03-12,
Seanews
Heyder Eliyev

Gəmiçilikdə ammonyak dövrünə keçid üçün mühüm sınaq tamamlandı

Dəniz nəqliyyatında karbon emissiyasını sıfıra endirmək üçün ən perspektivli alternativlərdən biri hesab olunan ammonyak yanacaq sistemləri mühüm mərhələni geridə qoyub. İsveç texnologiyası olan "FCM Ammonia" təchizat sistemi Çin Təsnifat Cəmiyyətinin (CCS) nəzarəti altında keçirilən rəsmi zavod qəbul sınaqlarını (FAT) uğurla tamamlayıb.

“Seanews.az” xəbər verir ki, sınaqlar zamanı sistemin aparat təminatı, idarəetmə məntiqi və ammonyakla işləmə prosedurları yoxlanılıb. Bu, ammonyakın gəmi daxilində təhlükəsiz idarə olunmasının mümkünlüyünü təsdiqləyir.

Yeni sistem iki taktlı ammonyak mühərrikləri ilə tam uyğunlaşdırılıb və gəmiqayırma layihələrində tətbiq olunmağa hazırdır.

Sistem WinGD tərəfindən təmin edilən ikiyanacaqlı mühərriklərlə təchiz olunacaq və “Tianjin Southwest Maritime” şirkəti üçün inşa edilən yeni nəsil gəmilərdə quraşdırılacaq.

Ammonyak uzaq məsafəli dəniz daşımalarında emissiyaların kəskin azaldılması üçün əsas həll yolu hesab olunur. Bu uğurlu test ammonyakla işləyən gəmilərin laboratoriya layihəsindən real dəniz sınaqlarına və kommersiya istifadəsinə keçidi üçün mühüm addımdır.                                   


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır