Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Rusiya və Hindistan “Şimal-Cənub” layihəsi ilə bağlı İrana yardım etməyə hazırdı

Rusiya və Hindistan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tam gücü ilə işləməsi üçün zəruri infrastrukturun inkişafı məqsədi ilə İrana yardım etməyə hazırdır. Bunu Rusiyanın Hindistandakı ticarət nümayəndəsi Yaroslav Tarasyuk deyib. Onun sözlərinə görə, hazırda Rusiya və Hindistanın üzləşdiyi əsas çətinlik mürəkkəb logistikanın olması ilə bağlıdır: “Belə ki, yük axınının 80%-dən çoxu Sankt-Peterburq limanı vasitəsi ilə həyata keçirilir. Bununla da tədarük müddəti 40 gün təşkil edir. Amma ixracatçı şirkətlər Hindistana yük göndərmək üçün daha uzun müddət gözləməli olur. Bu isə öz növbəsində bu şirkətlərin rəqabət qabiliyyətliliyinə təsir edir. Bu baxımdan daha qısa beynəlxalq nəqliyyat dəhlizi olan “Şimal-Cənub” layihəsinin böyük perspektivləri var. Bu dəhlizin əsas iştirakçıları olan Rusiya, İran və Hindistan layihənin tezliklə işə düşməsində maraqlıdır. Bu istiqamətdə çox ciddi səylə işlər görülür. Mənim fikrimcə, qarşıdakı 5 ildə biz bu layihənin tam gücü ilə işləməsinin şahidi olacağıq”. Ticarət nümayəndəsinin sözlərinə görə, bu dəhliz faktiki olaraq mövcud olsa da, İranda birbaşa dəmir yolunun çəkilməsinə ehtiyac var: “Bu dəmir yolu xəttinin olmaması avtomobil nəqliyyatının 300 kilometr yolunun uzanmasına səbəb olur. Buna görə də təxminən 180 kilometr uzunluğunda dəmir yolu xətti çəkilməlidir. Amma bu hissə mürəkkəb dağlıq hissədən keçir. İran tərəfinin bizə verdiyi məlumata görə bu xətt üzrə tikinti problemləri mərhələli şəkildə həll edilir. Rusiya və Hindistan zəruri infrastrukturun qurulması üçün İrana kömək etməyə hazırdır”. Qeyd edək ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiyanı, o cümlədən Azərbaycan, İran və Rusiyanın dəmir yollarını birləşdirilməsini nəzərdə tutur. İlk mərhələdə bu nəqliyyat dəhlizi ilə illik 5 mln. ton, sonrakı mərhələdə isə 10 mln. tondan çox yükün daşınması planlaşdırılır.  Apa


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır