Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

doneziya Liman Korporasiyasının nümayəndələri Yeni Bakı Limanında olu

İndoneziya Liman Korporasiyasının icraçı direktoru Elvyn G. Masassya və nümayəndə heyəti Ələt qəsəbəsində yerləşən Yeni Bakı Limanına səfər ediblər. Səfər zamanı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Bakı Limanında yaradılan şərait və Azad Ticarət Zonası ilə bağlı qonaqlara məlumat verib. Qonaqlar daha sonra əyani olaraq limanı yaxından müşahidə ediblər. Həmçinin, iki liman arasında kadrların hazırlanması və rəqəmsal liman sisteminin qurulmasına dair fikir mübadiləsi aparılıb. Qeyd edək ki, cari ilin may ayında İndoneziyanın Bali şəhərində İndoneziya Liman Korporasiyası ilə Bakı Limanı arasında anlaşma memorandumu imzalanıb. İndoneziya Liman Korporasiyası eyni zamanda 2015-ci ildə Dünya Limanları arasında ilk 30-luğa daxil olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır