class="content-title">Beş ayda dəniz limanlarında 3,3 milyon tondan çox yükləmə-boşaltma əməliyyatı aparılıb
Cari ilin yanvar-may aylarında dəniz limanlarında 3 milyon 354 min 500 ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 3 milyon 67 min 600 tonunu və ya 91,4 faizini tranzit yüklər təşkil edib. İyunun 1-nə limanlarda qalan yüklərin həcmi 99,4 min ton olub.
Beş ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı keçən ilin müvafiq dövrünə nisbətən 18,3 faiz artaraq 7,1 min nəfər təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır