Lonq-Biç limanı avqust ayında konteynerlərin aşırılmasına görə rekorda imza atıb
ABŞ-nin Lonq-Biç limanı 2024-cü ilin avqust ayında 913,873 TEU konteyner aşırmaqla aylıq həcmdə rekord göstəriciyə nail olub.
“Seanews.az” xəbər verir ki, bu, 2023-cü ilin avqust ayı ilə müqayisədə demək olar ki, 34% artım deməkdir.
Əvvəlki rekord 2021-ci ilin may ayında qeydə alınmışdı. O vaxt 2024-cü ilin avqust ayına nisbətən 6,657 TEU az işlənmişdi.
Liman idarəsinin hesabatına əsasən, avqustda idxal konteynerlərinin həcmi 2023-cü ilin avqustu ilə müqayisədə 40,4% artaraq 456 868 TEU, ixrac konteynerlərinin həcmi isə 12% artaraq 104 646 TEU təşkil edib.
Hesabat dövründə 33,7% çox - 352 360 TEU boş konteyner aşırılıb.
Artıq üçüncü aydır ki, Lonq-Biç limanının konteyner terminalları yükaşırmada artım nümayiş etdirir. 2024-cü ilin səkkiz ayında limanda 6 087 875 TEU aşırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,9% çoxdur.