Hedland limanından 551,72 milyon ton dəmir filizi ixrac edilib
2023-cü ildə Hedland limanında yük dövriyyəsi əvvəlki illə müqayisədə 2% azalaraq 555,9 milyon ton təşkil edib.
“Seanews.az” xəbər verir ki, hesabat dövründə liman vasitəsilə 551,72 milyon ton dəmir filizi ixrac edilib və əsasən Çinə göndərilib.
Hedland dəmir filizi ixracı üçün Avstraliyanın əsas limanıdır. İnişil limanının yük dövriyyəsi 2,6% artaraq 567,5 milyon ton, filiz ixracı 560,9 milyon ton olmuşdu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır