Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Latviya limanlarında 29 milyon ton yük aşırılıb

2023-cü ilin yanvar-sentyabr aylarında Latviya limanlarının yük dövriyyəsi 29,3 milyon ton təşkil edib. Bu da bir il əvvəlkindən 16,4% azdır.

“Seanews.az” xəbər verir ki, Latviya Statistika Departamentinin məlumatında belə deyilir.

Riqa limanında yükaşırmanın həcmi 18,5% azalaraq 14 milyon tona, Ventspils limanında 21% azalaraq 8,3 milyon tona, Liepaja limanında 8% azalaraq 5 milyon tona düşüb.

Latviya limanlarında toplu yüklərin aşırılması illik müqayisədə 17% azalaraq 15,6 milyon ton olub. Kömür aşırılmasında azalma illik müqayisədə 49%, gübrələrdə isə 37% təşkil edib.

Maye yüklərin aşırılması ötən ilin səviyyəsindən üçdə bir az - 3,86 milyon ton olub. Ümumi yükaşırmaların həcmi 7% azalaraq 9,9 milyon ton təşkil edib.

2023-cü ilin yanvar-sentyabr aylarında Latviya limanlarının yük dövriyyəsi 332 min TEU təşkil edib ki, bu da bir il əvvəlkindən 8% azdır. Konteynerlərdə yüklərin aşırılması 3,7 milyon ton səviyyəsində qalıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır