Hamina-Kotka limanında yük dövriyyəsi azalıb
2023-cü ilin yanvar-sentyabr aylarında Finlandiyanın Hamina-Kotka limanında yük dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,1% azalaraq 10,8 milyon tona düşüb.
“Seanews.az” xəbər verir ki, ixrac yüklərinin aşırılması 12,6% azalaraq 7,1 milyon ton, o cümlədən maye yüklərin işlənməsi 5,6 dəfə azalaraq 263,3 min ton olub.
İdxal olunan yüklərin aşırılması 13,4% artaraq 3,7 milyon tona çatıb. O cümlədən maye yüklər 766,5 min ton (+7,5%), təşkil edib.
Tranzit daşımalar 15,2% azalaraq 2,38 milyon tona, ölkədaxili daşımalar 68% azalaraq 174,25 min tona düşüb.
Limanın konteyner dövriyyəsi 1,6% azalaraq 455,77 min TEU təşkil edib.
Hamina-Kotka limanına hesabat dövründə 1737 gəmi yan alıb ki, bu da 5,3% az deməkdir.
Qeyd edək ki, 2022-ci ildə limanda 16,3 milyon ton yük aşırılıb.