“Berkarar” və “Baqtyyar” gəmiləri Bakıya 70 səfər ediblər
Türkmənistanın “Berkarar” və “Baqtyyar” bərələri 2023-cü ilin yanvar-may aylarında Bakıya 70 səfər ediblər.
“Seanews.az”-ın məlumatına görə, bərələr vaqon və yük maşınlarında on minlərlə ton tranzit və idxal yükləri, o cümlədən tikinti materialları, metal konstruksiyalar, qida məhsulları, yüngül sənaye malları, avadanlıq və texnika daşıyıb.
Əks istiqamətə isə tranzit və ölkədaxili yüklərlə dolu vaqonlar, yük maşınları və ağır avtomobillər göndərilir.
Qeyd edək ki, Türkmənistanın ixracına kənd təsərrüfatı məhsulları, toxuculuq malları, “Türkmənkimiya” Dövlət Korporasiyası müəssisələrinin polimerləri, mineral gübrələri və s. daxildir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır