Hedland limanından 224 milyon ton dəmir filizi ixrac edilib
2023-cü ilin yanvar-may aylarında Avstraliyanın Hedland limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% azalaraq 227 milyon ton təşkil edib.
“Seanews.az” xəbər verir ki, qeyd olunan dövr ərzində liman vasitəsilə 224 milyon tona yaxın dəmir filizi ixrac edilib.
2022-ci ildə limanda 567,5 milyon ton yük aşırılıb. Filiz ixracı 560,9 milyon ton olub.
Qeyd edək ki, Hedland limanı Avstraliyanın dəmir filizinin ixrac olunduğu əsas limanıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır