Sinqapur limanının yük dövriyyəsi 241,6 milyon tona çatıb
2023-cü ilin yanvar-may aylarında Sinqapur limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5% artaraq 241,6 milyon ton təşkil edib.
“Seanews.az” xəbər verir ki, neft məhsullarının aşırılması 2% artaraq 78,8 milyon tona, quru yüklərin aşırılması 13% artaraq 9,23 milyon tona çatıb.
Hesabat dövründə limanın konteyner dövriyyəsi 15,68 milyon TEU olub ki, bu da 2,9% artım deməkdir.
Qeyd edək ki, Sinqapur Cənub-Şərqi Asiyada bir adada yerləşən şəhər-dövlətdir. 2022-ci ildə Sinqapur limanında 577,7 milyon ton yük aşırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır