Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

“Taxıl dəhlizi” ilə Ukraynadan 13 milyon məhsul ixrac edilib

“Taxıl dəhlizi” işə başlayandan indiyədək Ukraynadan 13 milyon ton kənd təsərrüfatı məhsulu ixrac olunub.

“Report” xəbər verir ki, bu barədə Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, “Taxıl dəhlizi”nin həyata keçirilməsi çərçivəsində dekabrın 4-də Ukraynanın ərzaq məhsulları ilə dolu daha 3 gəmi Ukrayna limanlarını tərk edib.

Məlumata görə, gəmilərin göyərtəsində ümumilikdə 115 min ton kənd təsərrüfatı məhsulu var və onlar Efiopiya, Somali, Türkiyə və İsrailə yola salınıb.

Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.

Oktyabrın 29-da Rusiya hakimiyyəti Sevastopolda Qara dəniz donanmasına “hücum” iddiası ilə “taxıl sazişi”ndən çıxdığını elan etmişdi.

Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “taxıl dəhlizi”nin bərpa olunduğunu bəyan edib və Türkiyənin Rusiya ilə danışıqları nəticəsində yenidən Ukraynanın ixracı sabitləşib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır