Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Triest dəniz limanının ümumi yük dövriyyəsi 42,3 milyon tona çatıb

2022-ci ilin yanvar-sentyabr aylarında İtaliyanın Triest dəniz limanının ümumi yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% artaraq 42 milyon 344 min ton müxtəlif yüklər təşkil edib.

“Seanews.az”-ın məlumatına görə, 2022-ci ilin hesabat dövründə maye yüklərin işlənməsinin ümumi həcmi 27 milyon 326 min ton olub ki, bu da 2021-ci ilin doqquz ayının səviyyəsindən 1% çoxdur. Xam neftin aşırılmasının həcmi 1 faiz artaraq 26 milyon 628 min tona, neft məhsullarının işlənməsinin həcmi 29 faiz artaraq 340 min tona çatıb. Eyni zamanda, kimyəvi yüklərin işlənməsinin həcmi 14% azalaraq 46 min tona düşüb.

2022-ci ilin yanvar-sentyabr aylarında toplu yüklərin həcmi 508 min ton yük təşkil edib ki, bu da bir il əvvəlkindən 12% çoxdur. Taxıl aşırılmasının həcmi 13% azalaraq 87 min tona düşüb. Eyni zamanda, metallurgiya məhsullarının işlənməsinin həcmi 22% artaraq 336 min tona çatıb.

Ro-Ro yükləri də daxil olmaqla ümumi yüklər 12% artaraq 14 milyon 511 min ton təşkil edib. Konteyner yüklərinin (Ro-Ro konteynerləri daxil olmaqla) həcmi 9% artaraq 6 milyon 735 min tona, Ro-Ro yüklərinin həcmi (Ro-Ro konteynerləri istisna olmaqla) 9% artaraq 6 milyon 559 min tona, digər ümumi yüklərin həcmi 71% artaraq 1 milyon 216 min tona çatıb.

İşlənmiş konteynerlərin ümumi sayı 17% artaraq 686.000 TEU olub. 2022-ci ilin doqquz ayında Triest dəniz limanına 1718 gəmi yan alıb ki, bu da bir il əvvəlkindən 10% çoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır