Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Panama kanalı ilə aparılan yükün həcmi artıb

2022-ci ilin maliyə ilində (1 oktyabr 2021-30 sentyabr 2022-ci il) Panama kanalından keçən yükün həcmi 518,2 milyon Panama kanalı tonu (1 Panama kanalı tonu 1 registr tonu, yəni 2,83 kub metr) təşkil edib.

“Seanews.az” xəbər verir ki, bu göstərici 2021-ci illə müqayisədə 0,4 faiz çoxdur.

Artım əsasən konteyner daşımalarının hesabına baş verib. Bu tip gəmilərlə 196,4 milyon ton (ötən ilə nisbətən 6,6 faiz çox) yük daşınıb.

İkinci yerdə tanker daşımaları həyata keçirən gəmilər, o cümlədən sıxılmış karbohidrogen qazı (LPG) və sıxılmış təbii qaz (LNG) daşıyan gəmilər qərarlaşıb. Onlar hesabat dövründə 169 milyon ton (ötən ilə nisbətən 5,5 faiz az) yük aparıblar.

Ümumilikdə 2022-ci ildə kanaldan 14249 gəmi keçib. Bu da ötən ilə nisbətən 6,8 faiz çoxdur. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır