Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Ən böyük bərəsini inşa edir

“Austal Philippines” gəmiqayırma zavodunda 115 metr uzunluğunda yüksək sürətli “Auto Express 5” sərnişin bərəsi suya buraxılıb.

“Seanews.az”ın məlumatına görə, “Molslinjen” (Danimarka) operatoru üçün tikilən  “Auto Express 5” gəmisi “Austal Philippines” gəmiqayırma zavodunda indiyədək inşa edilmiş ən böyük bərədir.

1610 sərnişin və 450 avtomobil  daşıya biləcək bərə 37 düyün sürətlə hərəkət edəcək.

Mayeləşdirilmiş təbii qazla (LNG) işləyəcək “Auto Express 5”-in  2023-cü ilin birinci rübünün əvvəlində sifarişçiyə təhvil verilməsi nəzərdə tutulur.

1988-ci ildə əsası qoyulan “Austal Shipbuilding Company” (qərargahı Henderson, Avstraliyada yerləşir) hərbi və mülki alüminium gəmilərin layihələndirilməsi və tikintisi üzrə ixtisaslaşıb. Qərbi Avstraliya, ABŞ (Mobil, Alabama), Filippin (Balamban) və Vyetnamda (Vunq Tau) gəmiqayırma müəssisələri olan şirkət indiyədək 300-dən çox müxtəlif gəmi inşa edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır