Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Yeni konteyner gəmilərinin artması gözlənilir

 “Alphaliner” üçüncü rübdə qısamüddətli fasilədən sonra bu ilin son rübündə istismara verilən yeni konteyner gəmilərinin sayında kəskin artım gözləyir.

“Seanews.az” istinadən xəbər verir ki, dördüncü rübdə dünyada yeni tonajların tədarükü təxminən 400 min TEU təşkil edəcək ki, bu da ilin ilk iki rübündəki donanmanın artım sürətindən iki dəfə çoxdur, üçüncü rübdə isə qlobal konteyner donanmasına daha az - 150 min TEU əlavə ediləcək.

Yeni ixtisaslaşmış mobil donanmanın tikintisi üçün hazırkı sifariş qovluğuna ümumi tutumu 7,1 milyon TEU olan 916 gəmi daxildir.

İlin əvvəlindən bəri sifariş qovluğu təxminən 200 gəmi – tutumuna görə 1,3 milyon TEU artıb. Hazırkı sifariş qovluğu bu gün fəaliyyət göstərən donanmanın 28%-dən çoxunu təşkil edir.

Sifarişin tutumuna görə, “MSC” gəmiçilik şirkəti geniş fərqlə liderlik edir. Ümumilikdə 1,5 milyon TEU-dan çox tutumla  dünyanın ən böyük konteyner xəttinin sifarişi 30 əsas xəttin ümumi sifariş qovluğunun təxminən dörddə birini təşkil edir. Reytinqdə sonrakı yerlərdə hər biri yarım milyon TEU-dan çox olmaqla “CMA CGM”, “COSCO” və “Evergreen” yer alır.

İlk on xəttdən dördü – “CMA CGM Group”, “Yang Ming”, “Evergreen Line” və “ Zim” son 12 ay ərzində əməliyyat parkını 10%-dən çox artırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır