Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-06,
Seanews
Heyder Eliyev

Metanolla işləyən ilk balkerin layihəsi “ABS” tərəfindən təsdiq edilib

Metanol balkeri konsepsiyası Çin gəmiqayırma şirkəti və “CSDC” konstruktor bürosu tərəfindən hazırlanıb.

“ABS” Təsnifat Cəmiyyəti “Newcastlemax” tipli quru yük gəmisi konsepsiyasını nəzərdən keçirdikdən sonra, gəmiqayırma şirkəti “CSSC Qingdao Beihai Shipbuilding CO., Ltd” və layihə-konstruktor bürosu “China Ship Design & Research Center Co., Ltd”-yə (“CSDC”) prinsipcə təsdiq verib.

“ABS” cəmiyyətinin məlimatında ​​qeyd edildiyi kimi, bu, öz seqmentində metanolla işləyə bilən ilk gəmi olacaq.

Dedveyti 210 min ton olan balker iki yanacaqlı mühərriklər və tutumlu çənlərlə təchiz olunacaq ki, gəmi zərurət yaranarsa, yalnız metanolla işləyə bilsin.

Qeyd edək ki, “CSDC” layihə-konstruktor bürosu ekoloji cəhətdən təmiz yanacaq növü ilə işləməyə qadir olan böyük tutumlu gəminin hazırlanmasına 2016-cı ildə başlayıb.

Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır