Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

İslam Səfərli” tankeri tezliklə açıq dənizə çıx

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə  məxsus “İslam Səfərli” tankerinin  “Zığ” Gəmi Təmiri və Tikintisi  Zavodunda əsaslı təmiri yekunlaşmaq üzrədir. Təmir prosesində tankerin   baş mühərrikləri,  nasoslar, elektrik  mühərrikləri və  digər  mexanizmlər  əsaslı  təmir  olunub. Köməkçi mühərriklər yenisi ilə əvəzlənib. Gəmidə elektrik avadanlıqlar sazlanıb.  Eyni zamanda tankerdə  ümumi  təmizləmə, gövdə hissəsində defektasiya, yük  anbarlarında  və  ballast  çənlərində  qüsur  aktlarına  əsasən  gövdə-qaynaq  işləri görülüb. Üzən vasitənin sualtı və suüstü hissələri, göyərtəsi rənglənib.    Aparılan işlərin yoxlanılması üçün tanker zavod ərazisində dəniz sınağından da keçib. Aşkarlanan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra gəmi istismara veriləcək. Xatırladaq ki, uzunluğu 125.06, eni 16.63 metr olan tankerin maksimal sürəti 11.3 uzeldir. Gəmiçiliyin nəqliyyat donanmasına məxsus gəmi maye  yüklərin daşınmasında istismar edilir. Məlumat üçün bildirək ki, Gəmiçiliyin Dəniz Nəqliyyatı Donanması müxtəlif təyinatlı yüklərin və sərnişinlərin daşınmasını həyata keçirir, rabitə, radiomərkəz və elektroradionaviqasiya üzrə müxtəlif xidmətlərin göstərilməsini təşkil edir, gəmilərin yüklənib-boşaldılmasını və yedək əməliyyatlarını, dibdərinləşdirmə işlərini aparır, habelə dəniz yolları naviqasiya işarələrinin yerləşdirilməsini və onların saz vəziyyətdə saxlanılmasını təmin edir, gəmilərin texniki istismar qaydalarına müvafiq olaraq vaxtında və keyfiyyətlə təmir edilərək Dəniz Registrinə təqdim olunması üçün tədbirlər görür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır