Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Vladivostok və Cənubi Koreya arasında bərə səfərləri bərpa edilir

Koreyanın Donhe limanı ilə Primoryenin paytaxtı arasında su əlaqəsi iki il yarımdan sonra "Eastern Dream" (“Şərq arzusu”) bərəsinin müntəzəm səfərləri ilə bərpa olunur.

“Seanews.az” xəbər verir ki, hazırda turizm sənayesinin nümayəndələri bilet satışının təşkili variantlarını nəzərdən keçirirlər.

Bu marşrut üzrə səfərlər hələ 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən dayandırılmışdı. Koreya Respublikasında profilaktik prosedurların yumşaldılmasından və vizasız rejimin bərpasından sonra turistlərin daşınmasının bərpasına cəhdlər olub. Bununla belə, əsas maneə Donhe limanındakı keçid məntəqəsində həyata keçiriləcək razılaşdırılmış karantin qaydaları və prosedurlarının olmaması idi.

Etibarlı vizası olan sərnişinlərə avqustun 9-dan etibarən "Eastern Dream" bərəsinə qalxmağa icazə verilir. Turistlərdən 48 saat ərzində test tələb olunur.

Xatırladaq ki, 2009-cu ildən bərə həftəlik Vladivostok - Donhe (Cənubi Koreya) - Sakaiminato (Yaponiya) marşrutu üzrə hərəkət edir. Gəmi göyərtəsinə 465 nəfər, 66 maşın və 130 konteyner qəbul edə bilir. Bərənin üç sinif kayutu, gecə klubu, kişi və qadın saunaları, biznes mərkəzi və rüsumsuz mağazası var. Bununla belə, 2020-ci ilin mart ayından səfərlər rentabelsizlik və kəskin siyasi fikir ayrılıqları səbəbindən ləğv edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır