Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Hindistan ilk təyyarədaşıyan gəmisinin sınaqlarını başa çatdırıb

Hindistanın öz istehsalı olan ilk təyyarədaşıyan gəmisi “Vikrant”-ın dəniz sınaqlarının dördüncü mərhələsi başa çatıb və bundan sonra gəmi ölkənin Hərbi Dəniz Qüvvələrinə qəbul edilə bilər.

Bu barədə Hərbi Dəniz Qüvvələrinin “Twitter” səhifəsində yazılıb.

“Seanews.az”-ın məlumatına görə, Hindistanın özünün inşa etdiyi ilk təyyarədaşıyan gəmisini müstəqilliyinin 75 illiyini qeyd edəcəyi gün - 2022-ci il   avqustun 15-də milli donanmaya qəbul etmək istəyir.

Gəmi Rusiya istehsalı olan “MiQ”-29K/KUB” qırıcılarını, həmçinin Rusiyanın “Ka-31” və Amerikanın “MH-60R” helikopterlərini daşıyacaq. Lakin yerli mətbuatın məlumatına görə, Hindistan tərəfi təyyarələrin digər variantlarını da nəzərdən keçirir.

Təyyarədaşıyanın layihələndirilməsi işlərinə 1999-cu ildə başlanılıb, on il sonra gəminin özülü qoyulub və 2013-cü ilin avqustunda suya buraxılıb. Pandemiya təyyarədaşıyan gəminin avadanlıqları ilə bağlı işləri ləngidib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır