Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

17,3 milyard dollar dəyərində 137 gəmi tikəcək

“Korea Shipbuilding & Offshore Engineering” (“KSOE”) iki sifarişçi ilə 10 LNG tankeri tikmək üçün müqavilələr bağlayıb. Onların dəyəri 2,2 milyard dollar qiymətləndirilir.

“Seanews.az”-ın məlumatına görə, Ulsanda KSOE-nin törəmə şirkəti “Hyundai Heavy Industries” tərəfindən səkkiz qaz daşıyıcısı, Yeonamda isə “KSOE”-yə daxil olan “Hyundai Samho Heavy Industries” tərəfindən daha iki qaz daşıyıcısı tikiləcək.

Gəmilərin 2026-cı ilə qədər mərhələli şəkildə istismara verilməsi planlaşdırılır.

"KSOE” sifarişçilərin adını çəkmir, lakin bir çoxları müqavilələrin Koreya holdinqinin 2027-ci ilə qədər 100-dən çox LNG tankeri inşa etməli olduğu “Qatar Energy” dövlət neft-qaz şirkəti ilə əlaqəli ola biləcəyini ehtimal edir.

“Yonhap”-ın məlumatına görə, bu il “KSOE” ümumilikdə 17,3 milyard dollar dəyərində 137 gəmi tikmək üçün sifariş alıb. Bu, 17,4 milyard dollarlıq illik planın 99,4%-ni təşkil edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır