Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

8000 TEU tutumlu dörd konteyner gəmisi inşa ediləcək

Çinin “Yangzijiang Shipbuilding” tərsanəsində “Pacific International Lines (“PIL”) şirkəti üçün 8000 TEU tutumlu dörd konteyner gəmisi inşa ediləcək.

“Seanews.az”-ın məlumatına görə, gəmilər iki yanacaqlı mühərriklərlə təchiz olunacaq və həm mayeləşdirilmiş təbii qaz (LNG), həm də ammonyakla işləyə biləcək.

Konteynerdaşıyan gəmilər 2025-ci ilə qədər mərhələli şəkildə təhvil veriləcək.

Xatırladaq ki, bu ilin mart ayında “PIL” şirkəti LNG üçün dörd 14 minlik gəmi sifariş vermişdi. Onlar Çinin “Jiangnan Shipyard” tərsanəsində tikilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır