Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Yaponiyadan Rusiyaya avtomobillər aparan gəmi yanıb

Rusiyanın “Anqara” gəmisi Yaponiya dənizində, Honsyu adasındakı Toyama şəhərindən təxminən altı kilometr şimalda alovlanıb.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Niiqatadakı Baş Konsulluğu məlumat yayıb.

Qeyd olunub ki, Rusiya vətəndaşlarından ibarət 25 ekipaj üzvünün hamısı yanan gəmidən sağ-salamat çıxarılıb.

İşlənmiş yapon avtomobilləri daşıyan “Anqara” gəmisi Fuşiki limanından Vladivostoka doğru üzürmüş.

İlkin məlumatlara görə,yanğına səbəb gəminin göyərtəsində olan avtomobillərdən birinin alışması olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır