Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Türkiyənin “Azov Concord” gəmisi Ukraynanın Mariupol limanını tərk edən ilk xarici gəmi olub

Türkiyənin “Azov Concord” gəmisi Rusiya ilə Ukrayna arasında böhran başladıqdan indiyədək Ukraynanın Mariupol limanını tərk edən ilk xarici gəmi olub.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qida böhranı probleminin həlli istiqamətində həyata keçirdiyi diplomatik səylər, verdiyi göstərişlər əsasında qardaş ölkənin milli müdafiə naziri Hulusi Akarın Rusiya və Ukraynanın müdafiə nazirləri Sergey Şoyqu ve Oleksey Reznikov ile keçirdiyi görüşlərin ardından Türkiyə, Rusiya və Ukrayna arasındakı “qırmızı xətt” diplomatiyası müsbət nəticələr verməyə başlayıb.

Bu çərçivədə Türkiyənin Milli Müdafiə Nazirliyinin hərbi heyəti iyunun 21-də Rusiyaya səfər edib. Səfərin əsas məqsədi Ukrayna limanlarındakı taxıl yüklü ticarət gəmilərinin təxliyəsi, Borispol hava limanında qalan Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi təyyarələrin təhlükəsiz şəkildə Türkiyəyə çatdırılması kimi məsələləri müzakirə etməkdir.

Paytaxt Moskvada “qırmızı xətt” diplomatiyası çərçivəsində təyin olunmuş türk və rus generalların başçılıq etdiyi hərbi nümayəndə heyətlərinin görüşünün konstruktiv və çox müsbət atmosferdə keçdiyi bildirilir.

Nəticə etibarilə, xüsusilə taxıl gəmilərinin limanlardan ayrılması probleminin həlli üçün Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında danışıqların aparılması ilə bağlı ortaq fikir yaranıb.

Moskvadakı görüş özünün ilk konkret nəticəsini verib. Uzun sürən görüşün bitməsindən cəmi bir neçə saat sonra günlərlə gözləyən Türkiyəyə məxsus quru yük gəmisi Ukrayna limanını tərk edib. Türkiyənin “Azov Concord” gəmisi Rusiya ilə Ukrayna arasında böhranın başlamasından indiyədək Ukraynanın Mariupol limanını tərk edən ilk xarici gəmi olub.

Bu kontekstdə Ukrayna və BMT tərəflərinin görüşlərinin ardından yaxın həftələrdə danışıqların dördlük şəklində Türkiyədə keçirilməsi gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır