Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Dünyanın ilk tam ölçülü kruiz gəmisinin tikintisi üçün polad kəsimi həyata keçirilib

Finlandiyanın “Meyer Turku” şirkətinin gəmiqayırma zavodunda dünyada ilk tam ölçülü kruiz gəmisinin tikintisi üçün polad kəsimi həyata keçirilib. Gəmi yanacaq kimi metil spirtindən istifadə edə biləcək.

“Seanews.az”  xəbər verir ki, layner Almaniyanın “TUI Cruises” turizm operatorunun sifarişi ilə tikilir. “Meyer Turku” və “TUI”-nin birgə bəyanatına əsasən, bu layihənin həyata keçirilməsi kruiz donanmasının əksəriyyətinin ekoloji cəhətdən təmiz yanacağa keçidində növbəti addım olacaq. “Yaşıl” proqramın ilk addımı mayeləşdirilmiş təbii qazla işləyən elektrik stansiyası ilə laynerlərin yaradılması idi.

Yeni layner ənənəvi yanacaqla işləyə biləcək, lakin lazım gələrsə, həm “klassik”, həm də biometanola keçid üçün “hazır” olacaq.

Uzunluğu 315 metr olan  layner səfərə 2894 sərnişinlə çıxacaq.

“Mein Schiff 7” adlandırılan və heyəti min nəfərdən ibarət olacaq gəmi sifarişçiyə 2024-cü ildə təhvil veriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır