Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

“PIL” Lui limanına gəmi səfərlərini bərpa edir

“Pacific International Lines” (“PIL”) şirkəti Mavrikiy Respublikasının  Lui limanına  gəmi səfərlərinin bərpa olunduğunu bildirib. Lui limanına giriş  Mozambikə həftəlik “PIL” xidmətinə əlavə olunacaq.

“Seanews.az” xəbər verir ki, gəmilər Sinqapur - Lui - Reunion - Tamatave - Maputo - Beyra/Nakala – Sinqapur marşrutu üzrə hərəkət edəcək.

Təkmilləşdirilmiş xidmət üzrə ilk səfər iyulun 14-də Sinqapurdan yola düşəcək “Kota Nanhai” konteyner gəmisi ilə həyata keçiriləcək. Gəmi Lui limanına təxminən  iyulun 25-də yan alacaq.

Şirkətdə deyirlər ki, gəmi səfərlərinin bərpası ilə “PIL” Hind okeanı və Mozambik adalarına xidmət dairəsini genişləndirə biləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır