Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Hoteborq, Baltik və Şimal dənizlərinin limanları ilə ABŞ arasında yeni xidmət işə salınacaq

Mart ayında Hoteborq, Baltik və Şimal dənizlərinin limanları ilə ABŞ arasında yeni xidmət işə salınacaq. Xidmətin operatoru “MSC”-dir.

“Seanews.az” xəbər verir ki,  gəmilər Klaypeda – Qdınya  – Hoteborq –  Bremerhafen – Nyu-York –  Filadelfiya – Norfolk – Klaypeda xətti üzrə hərəkət edəcək.

İlk səfəri “MSC Cornelia” konteyner gəmisi həyata keçirəcək. 11 gün sonra Nyu-Yorka çatması üçün gəmi Hoteborqdakı terminalı martın 31-də tərk etməlidir.

ABŞ İsveç üçün Avropadan kənarda ən böyük ixrac bazarıdır, son beş ildə bu istiqamətdə konteyner ixracı ildə orta hesabla 4% artıb. 2021-ci ildə İsveçin ABŞ-a konteyner daşımaları isə 14% artaraq təxminən 13 milyard avro təşkil edib.

ABŞ-dan İsveçə idxal 500 milyon avro təşkil edir. Eyni zamanda, son vaxtlara qədər Hoteborq ilə ABŞ arasında birbaşa əlaqə yox idi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır