Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Riqa-Stokholm marşrutu üzrə müntəzəm bərə səfərləri bərpa edilir

“COVID-19” pandemiyası ilə əlaqədar 2020-ci ildə Riqa-Stokholm marşrutu üzrə müntəzəm bərə səfərləri dayandırılıb. Estoniyanın “Tallink” gəmiçilik şirkəti cari ilin aprelindən etibarən bu marşrut üzrə müntəzəm bərə xidmətini bərpa etmək niyyətindədir.

“Seanews.az” xəbər verir ki, həftədə üç dəfə Riqadan Stokholma səfərlər həyata keçiriləcək. İlk səfər aprelin 6-na nəzərdə tutulub.

“AS Tallink Grupp” sərnişin axını baxımından Baltik dənizinin şimal regionunda ən böyük gəmi operatorlarından biridir. Şirkət  “Tallink” və “Silja Line” brendləri altında yeddi marşrut üzrə fəaliyyət göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır