Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Yeni gəmilər "ağır" və "orta" buzqıranları əvəz edəcək

ABŞ buzqıran donanmasını təkmilləşdirir.

“Seanews.az” xəbər verir ki, son 45 ildə inşa edilmiş ilk yeni buzqıran gəminin təntənəli suyasalınma mərasimi keçirilib. “Polar Sentinel” adlandırılan gəmi yaxın gələcəkdə patrul xidmətinə başlayacaq.

Layihə Amerikanın “Halter Marine” və “Technology Associates” şirkətləri tərəfindən hazırlanıb həyata keçirilir.

Uzunluğu 140 metr və eni təxminən 27 metr olan “Polar Sentinel” buzqıranının yükgötürmə qabiliyyəti 22 000 tondur və ümumi 45 200 at gücünə malik iki dizel-elektrik mühərriki ilə təchiz edilmişdir. Mütəxəssislərin fikrincə, 186 nəfər üçün hər cür şəraitin yaradıldığı gəmi 2,5 metrədək qalınlığında buzları rahat dəf edə biləcək.

Yeni gəmilər hazırda ABŞ-ın iki köhnəlmiş buzqıran gəmisini - 46 yaşlı "ağır" buzqıran "Polar Star" və 23 yaşlı "orta" buzqıran “Healy”  gəmsiini əvəz etməlidir. 2025-ci ildə başa çatdırılacaq layihənin ümumi dəyəri 1,9 milyard dollar, aparıcı buzqıran gəminin dəyəri isə təxminən 746 milyon dollardır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır