Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük kruiz gəmisi ilk səfərinə çıxıb

Dünyanın ən böyük kruiz gəmisi “Wonder of the Seas” ötən həftənin cümə günü Floridadan Karib dənizinə doğru ilk səfərinə çıxıb.

“Seanews.az” xəbər verir ki, heyəti 2,3 min nəfərdən ibarət gəmi səfərə 6988 sərnişinlə yola düşüb.

Qeyd edək ki, gəmi Fransanın “Chantiers de l'Atlantique” gəmiqayırma zavodunda inşa olunub. Sifarişçisi Amerikanın “Royal Caribbean” kruiz şirkətidir.  Laynerin uzunluğu 362 metr, eni 64 metr, su basımı 236,8 min tondur. Bu, “Oasis of the Seas” ilə başlayan və 2009-cu ildən bəri “Royal Caribbean” şirkəti üçün tikilmiş “Oasis” seriyasından beşinci və ən böyük gəmidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır