• Bakı, 2021-11-28,
Seanews
Heyder Eliyev

Yeni supertankerlər enerjinin daşınması risklərinin azaldılmasına töhfə verəcək

Çin gəmi inşaatçıları mayeləşdirilmiş təbii qazın xüsusi konteynerlərdə daşınması üçün nəzərdə tutulmuş ikinci nəhəng tankerin tikintisini başa çatdırıblar.

“Seanews.az” xəbər verir ki, dedveyti 250 min ton olan "Tiger Maanshan" tankeri Çinin Szyannan gəmiqayırma zavodunda suya salınıb.

Eyni layihənin ilk gəmisi “Tiger Longkou” isə artıq dəniz sınaqlarını başa çatdırıb. Onun sifarişçiyə - Çinin “Tiger Natural Gas” şirkətinə müqavilədə göstərilən tarixdən dörd ay əvvəl, 2021-ci ilin dekabr ayına təhvil verilməsi planlaşdırılır.

Ümumilikdə, dörd belə LNG tankeri inşa edəcək. Gəmilərin hər biri bir səfərdə 15 min tona qədər LNG daşıya biləcək.

Uzunluğu 192 metr (630 fut) və eni 37 metr (121 fut)  olan gəmilər həm adi yanacaq, həm də LNG ilə işləyə bilən mühərriklərlə təchiz ediləcək.

Layihənin tərtibatçılarının fikrincə, mayeləşdirilmiş qazın “konteyner” qablaşdırılması yükləmə-boşaltma əməliyyatlarının təşkilini əhəmiyyətli dərəcədə asanlaşdıracaq və  enerjinin daşınması risklərinin ümumi şəkildə azaldılmasına töhfə verəcək.

“Tiger Natural Gas” şirkəti, ilk dörd tankerdən  Malayziyanın Bintulu qəsəbəsindən maye qaz idxal etmək üçün istifadə etmək niyyətindədir.  

Çin şirkətinin gələcək planlarına LNG-nin  Malayziyadan Kanadaya nəqlinin təşkili də daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır