Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Andoqa” təchizat yedək gəmisi əsaslı təmir ol

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan “Andoqa” təchizat yedək gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda  əsaslı təmirdədir. Artıq gəminin baş və köməkçi mühərriklərinin, nasoslarının, boru sistemlərinin və elektrik avadanlıqlarının təmiri yekunlaşmaq üzrədir. Bununla yanaşı,  işçi heyətin yaşayış kayutlarında, sanitar qovşaqlarda  və yeməkxanada da təmir işləri gedir. Gəminin sualtı gövdə hissəsi, hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuları da təmir olunacaq, sualtı və su üstü hissələri təmizlənib rənglənəcək. Daha sonra gəmi tərsanədən düşürülüb zavoda gətiriləcək və işlər davam etdiriləcək. Təmir müddətində gəminin istifadə müddəti bitmiş iki ədəd “CATERPİLLER” 3412 4W39 tipli köməkçi mühərriki müasir tipli “DEUTZ” tipli dizel-generatorla, köməkçi sükan qurğusunun “CATERPİLLER” 3412 1W2325 Ne-342 kW-lıq mühərriki isə Ne-480 kW-lıq“DEUTZ” tipli dizellə əvəz olunacaq. “Andoqa”  təchizat yedək gəmisi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dənizdə neftqazçıxarma obyektlərinin təchizatında, bilavasitə ağır konstruksiyaların, qazma qurğuların yedəklənməsində, lövbərlərin daşınmasında istismar olunur. Uzunluğu 67,7, eni 13,8 metr olan gəmi “Wartsila” firmasının istehsalı olan 2ədəd  9R32 tipli, 2х3915 at gücünə malik mühərriklərlə  təchiz edilib.   


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır