Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

“Şirvan” kran gəmisinin əsaslı təmiri başa çatıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Şirvan” 100 tonluq  kran gəmisinin əsaslı təmiri yekunlaşıb. Proses “Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib.

Təmir müddətində gəmi mexanizmləri, baş  mühərrikləri, braşpil və şpil qurğuları, nasosları,  boru sistemləri, sanitar qovşaqları, elektrik mühərriklərinin cari təmir işləri aparılıb. Bununla belə, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğularının təmiri də yerinə yetirilib.

“Şirvan” gəmisi  tərsanəyə qaldırılaraq gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, gəmi üzrə rəngləmə işləri görülüb.

İşlər başa çatdıqdan sonra gəminin 100 tonluq yükqaldırma qabiliyyətinə malik kran qurğusunun sınaq işləri aparılıb və uğurla başa çatıb. Bundan sonra mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib.

“Şirvan” kran gəmisinin uzunluğu 98,55, eni 17 metrdir. Gəmi  2×2400 at gücünə malik baş mühərriklərlə  təchiz olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır