• Bakı, 2020-08-09,
Seanews
Heyder Eliyev

“Laçın” tankeri ilk səfərini davam etdirir - FOTOLAR

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına aid “Laçın” tankeri ilk səfərini davam etdirir.

Azərbaycanın ilk milli istehsalı olan tanker artıq Volqa-Don kanalını keçib, hazırda Qara dənizə -  Kulevi limanına istiqamətlənib. Daha sonra isə Türkiyəyə doğru yola düşəcək. 

Tankerin Volqa-Don kanalından keçmə prosesinin fotolarını təqdim edirik.

Fotolar gəmi kapitanının növbə köməkçisi Emin Paşayevə məxsusdur. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır