Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

“Fesco” donanmasına yeni çoxfunkusiyalı quru yük gəmisi əlavə edib

“Fesco” şirkəti donanmasına yeni “Fesco Uliss” adlı quru yük gəmisini qəbul edib.

"Seanews.az" xəbər verir ki, gəmi ilk üzüşünə aprelin 17-də çıxıb.

“Fesco Uliss” Çindən İsveçin Kopmanxolmen limanına külək elektrik stansiyaları üçün avadanlıqları çatdırıb.

Sözügedən gəmi çoxfunkusiyalı olduğu üçün konteynerləri də daşıya bilər. Gəmi müasir avadanlıqlarla təchiz olunub və yüksək avtomatlaşdırmaya malikdir.

14 nəfərdən ibarət heyəti olan quru yük gəmisinin uzunluğu 138, eni 21 metr, dedveyti 12.7 min tondur. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır