• Bakı, 2020-04-10,
Seanews
Heyder Eliyev

Siem Stingrey” gəmisinin öz üstünlükləri var-

Seanews.az dünyanın innovativ və qeyri-adi gəmilərindən biri olan “Siem Stingrey”-i təqdim edir. “Vard Brattvaag” gəmi tikintisi zavodu artıq neçə illərdir ki, maraqlı dizaynlı gəmilərlə hamını heyrətləndirir. Yeni layihələri təqdim edən şirkət texnoloji yenilikləri gəmilərdə tətbiq etməklə gəmiçilik sahəsini daha rahat  və effektiv edir. Zavodun manevr qabiliyyəti, sürətinə görə bütün gəmiləri geridə qoyan “Siem Stingrey” gəmisi də belə uğurlarındandır. “Siem Offshore” şirkətinin sifarişi əsasında 2014-cü ildə tikilən qeyri-adi gəminin uzunluğu 120 metr, ümumi su tutumu 5000 tondur. Yedək, təchizat işləri görən gəmidə ROV sistemi qurulub ki, bu da dənizin dibini müşahidə etmək, çəkilişlər aparmağa imkan verir. Üzən vasitə həm də DP dayanıqlıq sitemi ilə təchiz olunub. Bu sitem gəminin suyun üzərində dayanıqlığını təmin edir. Məlumat üçün bildirək ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin bu yaxınlarda aldığı “Qubadlı” və “Cəbrayıl” gəmiləri də bu sistemlə təchiz olunub. “Siem Stingrey” gəmisi buzlaqlarda da işləyə bilir. Gəmi 60 sm qalınlığı olan buzları qırmaq və çətin ərazilərdə manevr etmək imkanına malikdir. Gəmidə heyətin rahatlığı üçün də bütün şərait var. 34 bir nəfərlik, 38 iki nəfərlik kayutlarda ümumilikdə 110 nəfər qalır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır