Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-03-20,
Seanews
Heyder Eliyev

Dünyanın ilk hidrogenlə işləyən kruiz gəmisi suya salındı

İtaliyanın "Fincantieri" gəmiqayırma şirkəti dünyanın ilk hidrogen enerjisi ilə işləyən kruiz gəmisi olacaq "Viking Libra"nı suya salıb.

“Seanews.az” xəbər verir ki, İtaliyanın Ankona tərsanəsində inşa edilən gəmi "Viking" kruiz operatoru üçün hazırlanıb və 2026-cı ilin sonlarında təhvil verilməsi planlaşdırılır.

"Viking Libra" 54.300 qross ton ağırlığında və 239 metr uzunluğundadır.  Gəmi 499 kabinədə cəmi 998 sərnişin qəbul edə biləcək ki, bu da "Viking" şirkətinin "kiçik gəmi" strategiyasına uyğundur.

Gəmi mayeləşdirilmiş hidrogen və yanacaq elementlərini birləşdirən hibrid güc sistemi ilə təchiz olunub. Bu texnologiya müəyyən şərtlər daxilində sıfır emissiya ilə hərəkət etməyə imkan verir. Bunun sayəsində gəmi ənənəvi kruiz laynerlərinin girişinə məhdudiyyət qoyulan ekoloji cəhətdən həssas bölgələrə sərbəst daxil ola biləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır