Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-26,
Seanews
Heyder Eliyev

"JHI Steamship" tanker donanmasını "Suezmax" gəmiləri ilə genişləndirir

Yunanıstanın gəmiçilik şirkəti "JHI Steamship" tanker donanmasının genişləndirilməsi çərçivəsində Cənubi Koreyada iki yeni "Suezmax" tipli tanker sifariş edib.

"Seanews.az" xəbər verir ki şirkət 157 min ton dedveytə malik xam neft daşıyan bu gəmilərin inşasını "HD Hyundai Samho Heavy Industries" tərsanəsinə həvalə edib.

Tankerlərin 2028-ci ilin dördüncü rübü ilə 2029-cu ilin ikinci rübü arasında təhvil verilməsi planlaşdırılır.

Müqavilənin maliyyə dəyəri açıqlanmasa da, brokerlər analoji gəmilər üçün qiymətlərin təxminən 86 milyon ABŞ dolları və daha yuxarı səviyyədə olduğunu bildirirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır